Türk dünyasının beynəlxalq müstəvidə böyük rəsmini görməyi arzulayırıq”

 

 

 

   Sovet İttifaqının dağılması və türkdilli respublikaların müstəqillik əldə etməsindən sonra Türkiyə qardaş xalqlarla əlaqələr qurmaq, onları bir araya gətirmək üçün bir sıra addımlar atdı. Bu istiqamətdə bir çox təşkilatlar quruldu. Onlardan birincisi isə fəaliyyətini bu günədək davam etdirən Türk İşbirliyiKoordinasiya Agentliyidir (TİKA). TİKA-nın qurucu rəhbəri, tanınmış diplomat Umut Arıkla söhbətimizdə bu mövzu ilə bağlı ötənlərə və günümüzə nəzər saldıq.

     

   - Umut bəy, öncə özünüzü oxucularımıza tanıdardınız...

   - Məsləyim diplomatdır. Ankarada ali məktəbi bitirdikdən sonra Türkiyə Xarici İşlər Nazirliyində çalışdım. Sonra bir sıra ölkələrdə - Suriya, Fransa, Səudiyyə Ərəbistanı, Yaponiyas. ölkələrdə konsul və səfir vəzifələrində çalışmışam. Yaponiyadan döndükdən sonra Türkiyə İşbirliyiİnkişaf Agentliyinin qurulması gündəmdə idi. 1991-1996-cı illərdə bu təşkilatın qurucu başqanı vəzifəsini icra etdim. Eyni zamanda Şimali Kipr Türk Respublikasında universitetlərdən birində tarix, diplomatiya, beynəlxalq əlaqələr üzrə dərs demişəm, dekan işləmişəm.

  

   - Türk dünyasını bir araya gətirmək üçün qurulan bu təşkilatın təcrübəli diplomata həvalə edilməsi təsadüfi deyildi. TİKA qarşısında qoyulan əsas hədəflərə çatdımmı?

   - Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ-nin dağılması prosesi başlamışdı və Sovet İttifaqının türk respublikaları ilə gələcək əlaqələri Türkiyənin əsas gündəm mövzularından biri idi. 1991-ci ildə qardaş respublikalarımız müstəqilliyini elan etdi. Onlarla işbirliyimizi qurmaqinkişaf etdirmək üçün TİKA təsis edildi. Bu qurucu rəhbərlik missiyası da mənə nəsib oldu. Sovet İttifaqı yarandığı zamandan Avrasiyaçılıq ideyasına böyük önəm verilmişdibu xüsusda türk xalqları bu ittifaqda mühüm faktor idi. Böyük mütəfəkkir Sultan Məcid Qənizadə Şərq xalqlarının qurultayında bu məsələdən bəhs etmişdi. Lenin Sovet İttifaqının təməlində Avrasiyanın dayandığını söyləyirdi. 20-ci illərin əvvəllərində sovetlər ölkəsindəki türk xalqları Türkiyə Cümhuriyyətinin qurulmasına kömək göstərmişdilər. Sovet İttifaqı dağılanda da Türkiyə türkdilli respublikalara kömək əlini uzatdı.

   Türkiyədə Turqut Özalın prezidentSüleyman Dəmirəlin baş nazir olduğu bu dövrdə türk dünyası ilə münasibətlər qurmaq üçün mühüm işlər başlandı. İlk olaraq da TİKA yarandı. Belə bir qurumun yaradılması Turqut Özalın şəxsi təşəbbüsü idi. Yadımdadır, 1991-ci ildə Tokiodan geri döndümÖzal mənə bununla bağlı bir hesabat-məruzə verdi və təşkilatın qurulmasını tapşırdı. TİKA-nın əsas məqsədi türk dünyasını sovet anlayışından, kommunist anlayışından çıxarıb demokratik Qərbə doğru istiqamətləndirmək idi.

  

   - Maraqlıdır, bunun üçün hansı mexanizmlər tətbiq olunurdu?

   - Öncə yeni müstəqil respublikaların dövlət quruculuğu, müvafiq qanunlars. hazırlanmasında tövsiyələr verdik, kömək göstərdik. Sonra, təbii ki, iqtisadi bağlantılar, ən önəmlisi təhsildə yeniliklərlə davam etdik. Bunun ardınca da dövlət idarəetməsində sovet anlayışını çıxarıb yeni, müasir dünyaya uyğun idarəetmənin tətbiqinə çalışdıq, yerli özünüidarənin - bələdiyyələrin formalaşmasına yardım etdik. Bütün bu layihələr üçün TİKA-nın o dövr üçün böyük - 30 milyonluq büdcəsi vardı.

  

   - Yəni əsas məqsəd türk dünyasını yenidən qurmaq, sovet tərzindən ayırıb dünyaya inteqrasiya etdirmək idi...

   - Elədir. TİKA öz fəaliyyətinə müstəqil türk respublikalarının səfiri olaraq da başladı. Hətta bu respublikalara diplomatların, dövlət məmurlarının yetişdirilməsində də köməklik etdik. Təhsil sistemi fəaliyyətimizin önəmli hissəsini təşkil edirdi. Türk respublikalarından Türkiyəyə 10 min tələbə gəldi. Bundan başqa, kiril əlifbasından latın əlifbasına keçid üçün də çalışmalar oldu. Bu işlərin bir qismini gördükdən sonra məni 1996-cı ildə yenidən diplomatik işə çağırdılar və İtaliyaya səfir təyin edildim.

  

   - Bununla belə, qarşıya qoyulan böyük hədəflərə nail olunduğunu söyləmək hələ tezdir. Yəqin razılaşarsınız ki, türk respublikaları mövcud inteqrasiya potensialının hələ az bir hissəsindən istifadə ediblər?

   - Bəli, bu bir gerçəklikdir və burada böyük güclərin türk respublikalarının inteqrasiyasına qarşı təsirini də qeyd etməliyik. Bu gün dünyada türk dili və ləhçələrində danışanların sayı 285 milyondur. Bu qədər güclü bir varlıq və onların birgə fəaliyyət göstərməsi, siyasi, hərbi birlik kimi meydana çıxması dünyaregion güclərinin, Rusiya, Çin, ABŞ, Avropa Birliyi, İranın xoşuna getmədi. Bu gün Türkiyənin türk dünyası ilə əlaqələrinin daha çox mədəni və qismən iqtisadi sahədə inkişaf etməsi də müəyyən mənada bundan qaynaqlanır.

  

   - Umut bəy, TİKA-dan sonra bənzər məqsədlərlə müxtəlif qurumlar - TÜRKSOY, Türk Dünyası Bələdiyyələr Birliyi, Türk Dünyası Universitetlər Birliyi, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondus. quruldu. Ortaq maraqlar naminə əməkdaşlıq üçün bu qurumların fəaliyyətlərini necə görürsünüz?

   - Bu gün müxtəlif sahələr üzrə belə qurumların fəaliyyət göstərməsi yaxşı haldır, amma işləri daha yüksəklərə çıxarmaq üçün imkanlar var. Ən əsası, dövlət səviyyəsində siyasi işbirliyinin, zirvə görüşlərinin bütün türk respublikalarını əhatə etməsini arzu edirik. Türk dünyasının beynəlxalq müstəvidə, ümumdünya miqyasında böyük rəsmini görməyi arzulayırıq. Nədir o rəsm? Bu, türk dünyasının beynəlxalq sistem içində bu gün olduğu yerdən daha üstün yerə gətirilməsidir. Yəni, məsələn, necə ki, dünyada fransız dilində danışan toplum varsa, eyni şəkildə də türk dövlətlərinin bir birliyi olmalıdır. Türkdilli dövlətlər bir araya gəldikləri təqdirdə ən üst səviyyədə dünyadakı türk topluluqlarının da əlaqələri möhkəmlənəcək. Mən bu sırada Rusiya Federasiyasındakı türk respublikalarını nəzərdə tuturam. Türk xalqlarının birliyi deyərkən burada Suriya, İraq, Çində yaşayan türkmənləri, uyğurları da vurğulamaq istəyirəm. Məsələn, İraqda yaşayan türkmənlər demək olar ki, Azərbaycan dilində danışır. Bizim Qars, İqdır, Ərdəhanda yaşayanların çoxu da Azərbaycan kökənlidir. Bunların hamısını diqqətə almaq lazımdı. Atatürk bir amerikalı jurnalistə verdiyi müsahibədə demişdi: “Türkiyə Cümhuriyyətindən başqa digər dövlətlərdə yaşayan türklər var. Bir gün gələcək dünya dəyişəcək. Onlar da müstəqilliklərini qazanacaqlar”. O sözlər artıq gerçək olub. İndi bunun üzərində daha güclü işbirliyi qurmalıyıq.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2017.- 15 noyabr.- S.13.