Şahdağ Turizm Mərkəzində Latın Amerikası rəqsləri

 

 

   Noyabrın 11-də Şahdağ Turizm Mərkəzində Latın Amerikası rəqsləri üzrə festival keçirilib. Festivalda məşhur salsa ustaları İvana Adler-Shaka BrownAlba Fernandez-David Moyano cütlükləri Azərbaycanın Latın Amerika rəqsi məktəblərinin rəqqaslarına ustad dərsi keçiblər. Tədbirdə “Badi Kuba”, “Baila Baku”, “Profi Dance”, “Let’s dance studio”, “Buta Salsa” və “Street Salsa” məktəblərindən 200-dən çox rəqqas iştirak edib.

   Tədbirin birinci hissəsində İvana AdlerShaka Brown cütlüyüSalsa”, Alba FernandezDavid Moyano cütlüyü isə “Baçata” rəqslərinin incəlikləri barədə təlim keçib. Festivalın ikinci hissəsi isə bayram əhval-ruhiyyəsi ilə davam edib.

   Tədbir iştirakçılarına sürpriz olaraq Gürcüstan Milli Sosial Rəqs Federasiyası prezidentinin iştirakı ilə “Kizomba” rəqsi üzrə ustad dərsi də təşkil olunub.

   Azərbaycanda ilk dəfə təşkil olunan tədbirə maraq nəzərə alınaraq festivalın hər il keçirilməsi planlaşdırılır.

   Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Şahdağ Turizm Mərkəzi ölkəmizin yalnız xizəkçilik, hotelçilik və qış-yay əyləncələri turizmi ilə deyil, eləcə də bu cür əyləncəli tədbirlər, festivallarla tanınmasına töhfə verməkdədir.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 15 noyabr.- S.16.