“Muzeylərdə tekstil kolleksiyaları”

 

   Xalça Muzeyinin 50 illiyinə həsr olunan dəyirmi masa keçirildi

  

   Noyabrın 16-da Azərbaycan Xalça Muzeyində “Muzeylərdə tekstil kolleksiyaları” mövzusunda dəyirmi masa keçirildi. Tədbir muzeyin yaradılmasının 50 illiyinə həsr olunmuşdu.

   Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək muzeyin kollektivini yubiley münasibətilə təbrik etdi. Bildirdi ki, yarıməsrlik tarixi olan muzey Azərbaycan mədəniyyətini, sənətini yaşadan, təbliğ edən, tanıdan məkanlardan biridir. Muzeyin yeni binası paytaxtın ən gözəl memarlıq abidələri sırasındadır.

   Şöbə müdiri bu gün başda görkəmli xalçaçı-rəssam mərhum Lətif Kərimov olmaqla muzeyin yaranmasına təşəbbüs göstərən, əmək sərf edən insanların ehtiramla yad olunduğunu bildirdi: “Yaxşı işlər heç zaman unudulmur. 1967-ci ildə yaradılan kiçik bir muzeyin hələ o dövrdə Bakıda xüsusi yeri var idi. Mədəniyyət ocağının bugünkü fəaliyyəti göz qabağındadır. Dövlət başçısının, ölkənin Birinci vitse-prezidentinin diqqəti və qayğısı nəticəsində son illərdə ölkəmizdə muzey işi sürətlə inkişaf edir. Çox şadam ki, muzeyin yubileyi ilə əlaqədar təşkil edilən dəyirmi masada regional muzeylərin əməkdaşlarının iştirakı da təşkil olunub”.

   Muzeyin direktoru Şirin Məlikova son dövrlərdə görülən işlərdən, Azərbaycan xalçalarının dünyada tanıdılması və təbliği istiqamətində atılan addımlardan söz açdı. Bildirdi ki, dəyirmi masada bölgələrin muzey əməkdaşları ilə yanaşı, Rusiya, Qırğızıstan və Almaniyadan olan muzey işi mütəxəssisləri də iştirak edir. Tədbirdə mühafizə, sərgiləmə, xalçaların, xalça məmulatlarının, milli geyimparça nümunələrinin konservasiyası və bərpası kimi məsələlər müzakirə olunacaq. Eyni zamanda, dünyanın tekstil muzeyləri arasında əlaqələrin qurulması, tekstil kolleksiyaları saxlanılan muzeylərdə elmi konfrans, sərgi, seminar, ustad dərsləri və festivalların keçirilməsi, habelə Tekstil Muzeyləri Şəbəkəsinin (Textile Museums Network) yaradılması məsələsi ətrafında fikir mübadiləsi aparılacaq.

   Muzeydə yer alan eksponatlardan danışan direktor son iki il ərzində fonda xalça, milli geyim, zərgərlik, batika və tikmə nümunələri, həmçinin arxeoloji qazıntılar zamanı əldə edilən müxtəlif əşyaların daxil olduğunu bildirdi. Eksponatlar içərisində satın alınmış və ya hədiyyə olaraq qəbul edilmiş əşyalar da yer alır.

   Şirin Məlikova onu da bildirdi ki, yubiley tədbirləri çərçivəsində təşkil ediləcək sərgidə bu il 100 illiyi qeyd olunan muzeyin ilk direktoru Əziz Əliyevin fəaliyyətinə dair arxiv şəkillərinin retrospektivi və “Xəzinənin yeni inciləri” adlı ekspozisiya nümayiş etdiriləcək.

   Sonra tədbir məruzələrlə işini davam etdirdi. İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mayıl Fərəcov “Xalçaçılıq və tikmə sənəti”, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Dinara Çoçunbayeva “Qırğız xovsuz xalçaları”, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsi ArxeologiyaEtnoqrafiya İnstitutunun Polimetal şöbəsinin baş elmi işçisi Nataliya PolosmakSibirUzaq Şərq Xalqlarının Tarix və Mədəniyyəti Muzeyinin qədim tekstil kolleksiyası” mövzularında çıxış etdilər. Digər iştirakçıların da məruzələri dinlənildi.

   Dəyirmi masa Tekstil Muzeyləri Şəbəkəsinin yaradılmasına dair müzakirələrlə yekunlaşdı.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 17 noyabr.- S.4.