Vaqifin 300 illiyinə həsr olunmuş tədbirlər

 

 

 

   Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Xaçmaz rayon Mərkəzi kitabxanasında Molla Pənah Vaqifin 300 illiyi ilə əlaqədar ədəbi-bədii kompozisiya təşkil olunub.

   Tədbirdə MKS-nin direktoru A.Əlifxanov böyük şairin həyat və yaradıcılığı barədə danışıb. Məktəblilərin ifasında Səməd Vurğunun "Vaqif" dramından parça nümayiş etdirilib, şairin şeirləri səsləndirilib.

   Regional idarənin Qusar rayon Mərkəzi kitabxanasında da Molla Pənah Vaqifin yubileyinə həsr olunmuş tədbir keçirilib.

   Uşaq şöbəsinin müdiri Südabə Bağıyeva Y.V.Çəmənzəminlinin şairin həyatından bəhs edən “Qan içində” romanı barədə danışıb.

   Uşaq şöbəsinin oxucuları şairin həyat və fəaliyyətinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər. Mövzu ilə bağlı kitab sərgisi nümayiş olunub.

 

 

Mədəniyyət.- 2017.- 17 noyabr.- S.7.