Tələbələrin tamaşası

 

 

 

   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” tədris teatrında IV kurs SABAH qrupunun tələbələri M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şahpyesi əsasında birhissəli tamaşanı növbəti dəfə nümayiş etdiriblər.

   Əməkdar artist Nofəl Vəliyevin rəhbərliyi ilə hazırlanan tamaşada tələbələrdən Xədicə Məmmədova, Orxan İsgəndərli, Anaxanım Sultanova, Corc Qafarov, Susanə Məmmədova, Məhəmməd Musayev, Hilal Dəmirov, Hüseynağa Aslanov və Qönçə Vəliyeva çıxış ediblər.

   Tamaşa SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, səhnə danışığı müəllimi Nadir Hüseynovplastik həll üzrə rejissor Ruslan İsmayılovun səyləri ilə ərsəyə gəlib.

 

Mədəniyyət.- 2017.- 17 noyabr.- S.10.