Şövkət Ələkbərovanın
xatirəsi anılıb
Milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış müğənni, Xalq artisti Şövkət Ələkbərovanın 95 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
Bakı Şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan konsert proqramı sənətkarın adını daşıyan 20 nömrəli musiqi məktəbində gerçəkləşib.
Öncə məktəbin müəllimi Lalə Cəfərova mərhum sənətkarın ömür yolundan söz açıb, yaradıcılığı haqqında danışıb. Ş.Ələkbərovanın repertuarındakı mahnıların, həmçinin “Segah”, “Qatar”, “Şahnaz” muğamlarının milyonlarla insan tərəfindən sevilərək dinlənildiyi vurğulanıb.
Tədbirdə məktəbin şagirdlərinin ifasında vaxtilə Ş.Ələkbərova tərəfindən səsləndirilən mahnılar oxunub.
Sonda
sənətkarın gəlini, T.Quliyev
adına 12 nömrəli musiqi məktəbinin
direktoru Gülnarə Səfərova ailə
adından tədbirin təşkilatçılarına təşəkkürünü
bildirib.
Mədəniyyət.- 2017.- 17
noyabr.- S.11.