Azərbaycanlı rəqqas “Şopeniana” baletində

 

 

 

   Noyabrın 28-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında məşhur rus balet artisti, xoreoqraf Mixail Fokinin (1880-1942) yaradıcılığına həsr edilən balet axşamı keçiriləcək.

   Teatrın saytında yer alan məlumata görə, balet axşamında Frederik Şopenin əsərləri əsasında yaradılmış “Şopenianabaleti nümayiş olunacaq. Səhnə əsərində soydaşımız, gənc rəqqas Fuad Məmmədov çıxış edəcək. “Şopenianabaleti romantik xəyallar aləmini təcəssüm etdirən rəqs kompozisiyasıdır.

   F.Məmmədov Bakı Xoreoqrafiya Məktəbini (indiki Bakı Xoreoqrafiya Akademiyası) bitirib. Taras Şevçenko adına Ukrayna Milli Operasının artisti olub. 2013-cü ildən Mariinsk Teatrında çalışır.

 

Mədəniyyət.- 2017.- 17 noyabr.- S.10.