“Azərbaycanım” Milli Dirçəliş Gününə həsr edilib

 

 

   Noyabrın 17-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Azərbaycanım” adlı sərgi açılacaq. Milli QHT Forumunun və Rəssamlar İttifaqının dəstəyi ilə təşkil olunacaq sərgi 17 noyabr - Milli Dirçəliş Gününə həsr edilib. Sərginin təşkilatçısı Aygün İsgəndərovadır. Sərgidə 150-dən çox müəllifin əsərləri nümayiş olunacaq. Ziyarətçilər ekspozisiyada müxtəlif yaş qrupuna mənsub rəssamların və dekorativ-tətbiqi sənət ustalarının əsərləri ilə tanış olacaqlar.

 

 

Mədəniyyət.- 2017.- 17 noyabr.- S.12.