Türkiyənin Uşak Universitetində Vaqifin yubiley mərasimi

 

 

   Türkiyənin Uşak Universitetində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan mərasim şair haqqında yazılan kitabların təqdimatı keçirilib.

   Tədbir TÜRKSOY-un qərarı ilə 2017-ci ilinMolla Pənah Vaqif İlielan olması çərçivəsində, bu qurumla Uşak Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb. Universitetin rektoru, professor Sayın Dalqıran, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı başqaları çıxış edərək Molla Pənah Vaqifin həyat yaradıcılığından danışıblar. Natiqlər şairin yaradıcılığının bənzərsizliyi, şeirlərinin fəlsəfəsi, dilinin rəvanlığından söz açıblar.

   Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətinin bütün dövrlərində tarixi şəxsiyyətlərin, o cümlədən görkəmli ədiblərin dünyada tanıdılmasına adlarının əbədiləşdirilməsinə böyük diqqət göstərib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Dövlət başçısının Vaqifin 300 illik yubileyinin qeyd olunması barədə məlum sərəncamı əsasında görülən işlər buna bariz nümunədir.

   Sonra Molla Pənah Vaqifin həyat fəaliyyətindən bəhs edən film nümayiş olunub. Mərasim bədii proqramla davam edib.

   Molla Pənah Vaqifə həsr olunan əsərlər iştirakçılara paylanılıb.

 

Mədəniyyət.- 2017.-22 noyabr.- S.4.