Regionların musiqi və incəsənət məktəblərinə metodiki kömək

 

 

 

   Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin noyabr ayı üzrə planına uyğun olaraq mərkəzin Bədii təhsil şöbəsinin əməkdaşları uşaq musiqi, incəsənət məktəblərinə metodiki kömək göstərmək məqsədilə Şirvan, Sabirabad, Saatlı və Hacıqabul rayonlarında təlim xarakterli tədbirlər təşkil ediblər.

   Şöbənin əməkdaşları Rauf İmanov və Zəbulla Quliyev məktəblərdə müxtəlif ixtisaslar üzrə təqdim olunmuş yeni tədris proqramlarındakı innovativ metodoloji üsullar haqqında izahatlar verib, müxtəlif metodiki vəsaitlər təqdim ediblər. Mərkəzin nümayəndələri ixtisas və nəzəri fənlərin metodikası, tədris prosesinin mövcud normativ sənədlərlə aparılması, şagirdlərin bilik səviyyələrinin düzgün qiymətləndirilməsi istiqamətində zəruri tövsiyələr veriblər.

   Sonda məktəblərin müəllim kollektivləri ilə ümumi iclas keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

Mədəniyyət.- 2017.-22 noyabr.- S.5.