Yubiley münasibətilə kitab sərgisi

 

   Noyabrın 16-da M.F.Axundzadə adına Milli Kitabxananın sərgi zalında yazıçı-publisist Əli İldırımoğlunun 90 illik yubileyi münasibətilə kitab sərgisi açılıb. Tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Əli İldırımoğlunun yaradıcılığına nəzər salıb. Bildirib ki, yazıçı doqquz romanın, yüzlərlə povest, hekayə, oçerk, felyetonpublisistik yazıların müəllifidir. Onun 12 cildlikSeçilmiş əsərləri” işıq üzü görüb. O, bu gün də qələmi əlindən yerə qoymur, yazıb-yaradır.

   Ə.İldırımoğlunun 1975-ci ildə çap olunanMayaklar” adlı ilk kitabını tədbir iştirakçılarına təqdim edən K.Tahirov iti qələmli ədibin əsərlərinin hər zaman oxucular tərəfindən maraqla qarşılandığını vurğulayıb.

   Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə yazıçının Azərbaycan, türk, ingilis, rus və digər dillərdə çap olunan əsərləri, haqqında yazılan kitablar, çoxlu sayda qəzet-jurnal materialları yer alıb.

  

   Lalə 

 

Mədəniyyət.- 2017.-22 noyabr.- S.6.