Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər

 

   Zəngilan Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Ölkəmizi tanıyaq” devizi altında tədbir keçirilib. Zəngilan məktəblilərinin iştirak etdiyi tədbirdə rayonun tarixi, etnoqrafiyası və muzeydə nümayiş olunan eksponatlar haqqında geniş məlumat verilib.

   Sumqayıt şəhər Corat qəsəbə Mədəniyyət evinin kollektivi müharibə veteranları ilə birlikdə N saylı hərbi hissədə keçirilən andiçmə mərasimində konsert proqramı ilə çıxış edib. Konsertdə müğənnilər Ramella Rəvan, Nurlan Nəcəfli, Aynur Qüdrətlinin ifasında səslənən mahnılar əsgərlər tərəfindən alqışlarla qarşılanıb.

   C.Cabbarlı adına Sumqayıt şəhər Mədəniyyət evində Uşaq hüquqları aylığına həsr olunmuş tədbir keçirilib. Tədbirdə mövzu ilə bağlı məruzələrdən sonra "Turan" milli rəqs qrupunun ifasında rəqs və Ramil Əfəndiyevin tarda solo ifasında musiqi nömrələri təqdim olunub.

   M.Rəsulzadə adına kitabxana filialında S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsi ilə birgə 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş “Xalqın oyanış günü” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə əlamətdar günlə bağlı oxuculara geniş məlumat verilib, onların mövzu haqqında fikirləri dinlənilib. Sonda vətənpərvərlik mövzusunda şeirlər, musiqilər ifa olunub.

   S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsi balacaların asudə vaxtının səmərəli təşkili və mütaliəyə marağın artırılması məqsədilə “Nako Edu Klub” Tədris Mərkəzinin məktəbəqədər qrupu ilə birlikdə “Kitabxanaya gedirik, kitabla dost olmağa” adlı səhərcik keçirilib.

   Tədbirdə uşaqlaraSehrli torba” nağılı ucadan oxunub, “Tıq-tıq xanım” cizgi filmi nümayiş etdirilib. Uşaqlar Sabir Sarvan adına Uşaq Poeziya Klubu üzvlərinin Məmməd Namazın “Analarbalalar” nağılı əsasında hazırladığı səhnəciyi maraqla izləyiblər. Tədbirin sonunda tədris mərkəzinin müdiri Nargilə Bədəlova körpələrə maraqlı bir gün yaşatdıqlarına görə şöbənin əməkdaşlarına öz təşəkkürünü bildirib.

 

 

Mədəniyyət.- 2017.-22 noyabr.- S.7.