Festivalın qonaqları üçün paytaxt gəzintisi

 

    

   IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı ilə əlaqədar ölkəmizə təşrif buyuran qonaqlar film seyr etməklə yanaşı, paytaxt turunda da iştirak ediblər. Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Bakı City Tour” şirkəti tərəfindən gəzinti həyata keçirilib.

   Qonaqlar ikimərtəbəli avtobusla müasir və qədim Bakıya ekskursiya edib, şəhərin gəzməli-görməli yerləri, tarixi-mədəni abidələrini seyr etmək imkanı qazanıblar. Ziyarətçilərə Bakı şəhərinin xəritəsi və Azərbaycanın turizm potensialını əks etdirən müxtəlif reklam-çap məhsulları təqdim edilib.

 

 

Mədəniyyət.- 2017.-22 noyabr.- S.8.