“Nar bağı” Malatya festivalındaBüllur ərikqazanıb

 

 

 

   Rejissor İlqar Nəcəfin “Nar bağıbədii filmi Türkiyədə, 7-ci Malatya Beynəlxalq Film Festivalında baş mükafata layiq görülüb.

   Ekran əsəri noyabrın 9-dan 16-dək davam edən festivalın tammetrajlı filmlər müsabiqəsindəƏn yaxşı film” seçilərəkBüllur ərikmükafatını qazanıb. Mükafat festivalda iştirak edən baş rolların ifaçıları Qurban İsmayılov İlahə Həsənovaya təqdim edilib. “Nar bağıfilmi strukturuna, poetik dilinə, dərin insanpərvərliyinə, xüsusilə illərlə yaddaşlardan silinməyəcək son səhnəsinə yaddaqalan obrazlarına görə təltif edilib.

   “Nar bağıbədii filmini Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası Buta Film” kino şirkəti tərəfindən istehsal edilib.

   Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov İlqar Nəcəfdir. Psixoloji dram janrında çəkilən filmdə rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev digərləri canlandırıblar.

   Xatırladaq ki, “Nar bağı” bu yaxınlarda Asiya-Sakit Okean Kino Akademiyasının “Young Cinema Award” mükafatına da layiq görülüb. İlqar Nəcəf noyabrın 23-də mükafatın təqdimetmə mərasimində iştirak edəcək.

 

Mədəniyyət.- 2017.- 22 noyabr.- S.10.