“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı”

 

 

   Beynəlxalq elmi konfransın materialları kitab halında nəşr olunub

  

   Ötən il türk dünyasının böyük mütəfəkkiri, dahi özbək şairi Əlişir Nəvainin 575 illiyi Azərbaycanda da qeyd edildi. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, Füzuli adına Əlyazmalar İnstitutu Özbəkistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı iləƏlişir Nəvai Azərbaycan ədəbiyyatıadlı beynəlxalq elmi konfrans keçirildi. Bu günlərdə həmin konfransın materiallar toplusu - “Əlişir Nəvai Azərbaycan ədəbiyyatıkitabı nəşr olunub.

   Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə “Nurlan” nəşriyyatında çap olunan kitab AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Əlişir Nəvai - ümumtürk dünyasının qardaşlıq rəmzi” adlı məqaləsi ilə açılır. Topluda Özbəkistanın ölkəmizdəki səfiri Şerzod Fayziyevin “Əlişir Nəvai özbək-Azərbaycan əlaqələrinin möhkəm təməlidir”, akademik Teymur Kərimlinin “Nəvai “Xəmsə” yazanlar arasında Nizaminin ən böyük şagirdidir”, filologiya elmləri doktoru Almaz Ülvinin “Əmir Əlişir Nəvai və onun ədəbi xəzinəsinin inciləri” və başqa müəlliflərin məqalələri yer alıb.

 

Mədəniyyət.- 2017.- 22 noyabr.- S.12.