Kitabxanada Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş tədbir

 

 

 

   Noyabrın 17-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Binəqədi rayon MKS-nin Mərkəzi kitabxanasında görkəmli şair-dramaturq Hüseyn Cavidin (1882-1941) 135 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

   Tədbirdə MKS-nin direktoru Rəna Biləndərli, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru, professor İslam Qəribli, Hüseyn Cavidin ev-muzeyinin Elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva, “Mədəniyyət” qəzetinin məsul katibi Fariz YunisliH.Cavid adına kütləvi kitabxananın müdiri Yusif Seyidovun çıxışları dinlənildi. Çıxışlarda Cavidin keşməkeşli həyatından və zəngin yaradıcılığından, ədibin irsinin qorunmasından söz açıldı.

   MKS-nin Uşaq şöbəsinin müdiri Səidə Sərdarova şairin “Qadın” şeirini və “İblis” mənzum faciəsindən İblisin monoloqunu səsləndirdi.

   Tədbir boyu İnformasiya-resurs şöbəsinin hazırladığı slaydlarvideoçarx nümayiş olundu.

 

Mədəniyyət.- 2017.- 22 noyabr.- S.12.