Milli Dirçəliş Gününə həsr edilmiş rəsm sərgisi

 

 

 

   Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda 17 noyabr - Milli Dirçəliş Gününə həsr edilmiş rəsm sərgisi açılıb.

   “Azərbaycanım” adlı sərgi Milli QHT Forumunun və Rəssamlar İttifaqının dəstəyi ilə təşkil olunub. Layihənin rəhbəri rəssam Elnurə İsgəndərovadır.

   Tədbirdə Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimovMilli QHT Forumunun rəhbəri Rauf Zeyni çıxış ediblər. Bildirilib ki, sərgidə 100-dən çox müəllifin əsəri nümayiş olunur. Ekspozisiyada müxtəlif yaş qrupuna mənsub rəssamların və dekorativ tətbiqi sənət ustalarının əl işləri yer alıb.

   Sərgilənən əsərlərin məna və məzmun baxımından zənginliyini qeyd edən natiqlər fırça ustalarına yeni yaradıcılıq uğurları arzulayıblar.

   Sonda bir qrup rəssama diplom mükafatlar təqdim edilib.

 

Mədəniyyət.- 2017.- 22 noyabr.- S.14.