Söz” layihəsində növbəti ədəbi-bədii gecə

 

   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşanSöz” ədəbi layihəsinin noyabrın 24-də keçiriləcək növbəti ədəbi-bədii gecəsi Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunacaq. Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək tədbirdə şairin şeirləri səsləndiriləcək.

   Söz” ədəbi layihəsinin əsas məqsədi Azərbaycanın yazıçı və şairlərinin yaradıcılığının ölkədə və beynəlxalq ədəbi mühitdə təbliği, poetik axşamlara marağın artırılması və ədəbi inkişafın stimullaşdırılmasıdır.

 

 

Mədəniyyət.- 2017.- 24 noyabr.- S.3.