TÜRKSOY-un baş katibinin yubileyi münasibətilə konsertlər

 

 

   Qazaxıstanın Karaqanda Simfonik Orkestri Türkiyədə səfərdədir. Orkestr TÜRKSOY-un baş katibi Düsen Kaseinovun 70 illik yubileyi münasibətilə “Dostlarım zənginliyimdir” adlı konsert proqramları ilə çıxış edir.

   Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikalarından və Sankt-Peterburq şəhərindən sənətçilərin qatıldığı konsertlər noyabrın 20-də İstanbulda Maltəpə Universitetində, ayın 21-də Bolu Mədəniyyət və Turizm İdarəsinin konfrans salonunda, 22-də Bursada Merinos Atatürk Konqres və Mədəniyyət Mərkəzində gerçəkləşib.

   Sonuncu konsertDüsen Kaseinovun 70 illik yubiley tədbiri noyabrın 25-də Ankarada Cumhurbaşqanlığı Simfonik Orkestrinin konsert salonunda təşkil ediləcək.

 

 

Mədəniyyət.- 2017.- 24 noyabr.- S.2.