Muzey direktoru beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib

 

 

   Xəbər verdiyimiz kimi, 16-18 noyabr tarixində keçirilən VI Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin tərkibində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova da iştirak edib. A.Bayramova tədbir çərçivəsində İncəsənət Tarixi İnstitutunun təşkilatçılığı ilə keçirilən “Peterburqmilli musiqi mədəniyyətləri, Peterburq şərqşünaslığı: Avrasiya xalqlarının musiqi ənənələri Böyük İpək Yolunda” VIII Beynəlxalq elmi konfransında “Azərbaycan poeziyasında ənənəvi musiqi alətləri və musiqimövzusunda məruzə ilə çıxış edib.

   Forum günlərində TeatrMusiqi İncəsənəti Muzeyində “Mstislav Rostropoviç: portretə ştrixlər” sərgisinin nümayişi sona yetib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi bu sərginin iştirakçılarından biridir.

 

Mədəniyyət.- 2017.- 24 noyabr.- S.2.