Heydər Əliyev Sarayında “Ulduzların duetləri”

 

 

   Noyabrın 22-də Heydər Əliyev Sarayında “Ulduzların duetləri” adlı konsert proqramı təqdim olunub.

   Saraydan verilən məlumata görə, gecədə xalq artistləri Fidan Hacıyeva, Heydər Anatollu, əməkdar artistlər Zakir Əliyev, Almaz Orucova, Lalə Məmmədova, Cavanşir Məmmədov, Firuzə İbadova, Ehtiram Hüseynov, müğənnilər Rəşad İlyasov, Arzu Əliyeva, Fuad Musayev, Pərviz Qasımov, Gülnar Qüdrətli, Aynur İsgəndərli, Nicat Cəfərzadə, Nadir Qafarzadə, Nurlan Növrəsli, Aşıq Samirə, Kənan Qədimov, Günay İmamverdiyeva, Sərxan Bünyadzadə, Ayşən Mehdiyeva, Kamilə Nəbiyeva, Zabitə Alıyeva və başqaları çıxış ediblər.

   Görkəmli sənətkarların vaxtilə ifasında səslənmiş, indi isə az müraciət edilən, unudulmuş duetlər də musiqisevərlərə təqdim olunub.

   İfaçıları Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzuinstrumental ansamblı və “FM Ekspressestrada qrupu müşayiət edib.

 

 

Mədəniyyət.- 2017.- 24 noyabr.- S.6.