Bakıda moldovalı rəssamların sərgisi

 

 

 

   Noyabrın 22-də İçərişəhərdə - “Art Tower” qalereyasında tanınmış moldovalı rəssamlar İonYuliya Karkilanın sənət əsərlərindən ibarət “Moldova gül poeziyasında” adlı rəsm sərgisi açılıb.

   30-dan çox əsərin nümayiş olunduğu sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Moldovanın ölkəmizdəki səfirliyinin və “Arts Council Azerbaijan” qeyri-hökumət qurumunun təşkilatçılığı ilə reallaşıb.

   İndiyədək dünyanın ən məşhur rəsm qalereyalarında əsərləri nümayiş olunan rəssamlar daha çox akvarel janrında əsərlərin müəllifi kimi tanınırlar.

 

Mədəniyyət.- 2017.- 24 noyabr.- S.6.