İçərişəhərdə kulinariya festivalı

 

 

   Noyabrın 23-də İçərişəhərdə Qız qalası ətrafında payız yemək festivalı başlanıb.

   “Sweet November” adlı festivalda payızın əsl bayram atmosferi yaşanıb. Festivala müxtəlif restoran və kafelər qatılıb.

   Qız qalası ətrafında əlvan gözəlliklərlə dolu həm uşaqlar, həm də böyüklər üçün müvəqqəti şəhərcik də yaradılıb.

   Festivalda iştirak edən hər bir şəxs masa arxasında isti şokoladdan, ya da qlintveyndən dadıb, tanınmış DJ-lərin keyfiyyətli treklərindən həzz ala biləcək.

   “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Meal for Real onlaynkulinariya platforması tərəfindən təşkil olunan festival noyabrın 26-dək davam edəcək.

 

Mədəniyyət.- 2017.- 24 noyabr.- S.8.