Özbəkistan portalında Azərbaycanın turizm sənayesi haqqında məqalə

 

 

   Özbəkistanın review.uz portalında Azərbaycanın turizm sənayesi haqqında rus dilində geniş material dərc olunub.

   Məqalədə ölkəmizdə turizmin inkişafına böyük diqqət yetirildiyi vurğulanır.

   Bildirilir ki, 2025-ci ilə qədər Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunun regionun ən böyük hava limanı olması istiqamətində güclü aparılır. Hazırda aeroport dünyanın 50-dək hava limanından təyyarələr qəbul edirsə, 2025-ci ilə qədər bu rəqəmi 100-ə çatdırmaq niyyətindədir.

   Materialda Azərbaycanda qış turizminin inkişaf etdirilməsi perspektivləri, dağ, kənd və səhiyyə turizminin daha cəlbedici olması üçün görülən işlər haqqında da məlumat verilir.

  

 

Mədəniyyət.- 2017.- 24 noyabr.- S.8.