Cövdət Hacıyevin 100 illiyi Londonda konsert proqramı ilə qeyd olunub

 

 

   Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, İngiltərə-Azərbaycan Cəmiyyəti, “Rapid Solutions” şirkəti, Britaniyada fəaliyyət göstərən Azərbaycan Evinin dəstəyi ilə Londonda “St Johns Smith Square” konsert zalında görkəmli bəstəkarımız, Xalq artisti Cövdət Hacıyevin 100 illiyinə həsr edilən konsert proqramı təqdim olunub.

   Tədbirdə çıxış edən C.Hacıyevin qızı Pərvin Muradova bəstəkarın həyat yaradıcılığı haqqında məlumat verib. O, ABŞ-da musiqi təhsili, Azərbaycan-Amerika Mədəniyyət Fondunun fəaliyyəti barədə danışıb.

   Sonra tədbir konsert proqramı ilə davam edib. Amerika Muğam Cəmiyyətinin rəhbəri Cefri Verbok gənc pianoçuların ifasında C.Hacıyevin musiqiləri səsləndirilib.

   Tədbir çərçivəsində Cövdət Hacıyev onun həyat yoldaşı, Azərbaycan rəqqasəsi xoreoqraf Əminə Dilbazinin xatirəsinə Aleksandr Peskanov tərəfindən bəstələnmişAzərbaycan rapsodiyası”nın Böyük Britaniya premyerası keçirilib.

   Bu il Cövdət Hacıyevin anadan olmasının 100 illiyi Azərbaycan və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd edilib. Bu sırada Cövdət Hacıyevin fortepiano üçün seçilmiş əsərlərindən ibarət kitabının birinci cildinin Londonda təqdimatını, Floridada Müəllimlər Konfransında bəstəkar haqqında məruzəni, Nyu-YorkdaCarnegie Hallda geniş konsert proqramını, VyanadaDmitri Şostakoviç və Cövdət Hacıyev: tarixin səhifələri” mövzusunda elmi məruzəni, habelə Bakıdakı konsert proqramlarını, Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cövdət Hacıyevə həsr edilmiş konsert və digər tədbirləri qeyd etmək olar.

 

Mədəniyyət.- 2017.- 29 noyabr.- S.5.