Müsabiqə qalibləri mükafatlandırılıb

 

 

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində böyük şair Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

   Münsiflər heyətinin qərarına əsasən qalib seçilən 4 məktəbli oxucu diplomla təltif olunub. Həmçinin, müsabiqənin final mərhələsinin iştirakçıları Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin fəxri fərman və hədiyyələri ilə mükafatlandırılıb.

   Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifasında musiqi nömrələri səslənib.

   Sonda Molla Pənah Vaqifin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

 

Mədəniyyət.- 2017.- 29 noyabr.- S.5.