Rus romansı gecəsi”

 

 

   Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin, bu ölkənin Azərbaycandakı səfirliyinin və “Rossotrudniçestvoagentliyinin Bakı nümayəndəliyinin dəstəyi ilə noyabrın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kameraorqan musiqisi zalında tanınmış opera müğənnisi, RF-nin Xalq artisti Oleq PoqudininRus romansı gecəsi” adlı konserti olub.

   Rossotrudniçestvonun nümayəndəsi Valentin Denisov gecəni açaraq bildirib ki, 1968-ci ildə Sankt-Peterburqda anadan olan Oleq Poqudin müasir dövrün ən tanınmış opera müğənnilərindən biridir. Müğənninin repertuarında müxtəlif janrda olan 500-dən çox əsər, o cümlədən rus şəhər və klassik romansları, Avropa estrada musiqisi, müzikloperettalardan ariyalar, sovet estradasından və hərbi-vətənpərvərlik mövzusunda mahnılar var.

   Konsert böyük maraq və alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2017.- 29 noyabr.- S.6.