Üzeyir Hacıbəyli müasirlərin düşüncəsində

 

 

   Üzeyir Hacıbəylinin ev-muzeyində, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin dəstəyi ilə çap olunmuşÜzeyir Hacıbəyli müasirlərin düşüncəsində” kitabının təqdimatı keçirilib.

   Kitaba Üzeyir bəy haqqında monoqrafiyalar, tədqiqat əsərlərindən parçalar, dahi bəstəkar haqqında tələbələrinin, həmkarlarının, onu yaxından tanıyan ziyalıların xatirələri toplanıb. Müəlliflər arasında Vasim Məmmədəliyev, Oqtay Rəcəbov, Əlibaba Məmmədov, Natiq Əliyev də var.

   Təqdimat mərasimində Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Xalq artisti Ramiz Quliyev, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, professor Vidadi Xəlilov və başqaları çıxış ediblər.

   Çıxış edənlər kitabın zənginliyindən və Azərbaycan musiqisinin inkişafında Üzeyir bəyin böyük xidmətlərindən danışıblar.

   Tədbirdə Üzeyir bəyin musiqi əsərləri səslənib.

 

 

Mədəniyyət.- 2017.- 29 noyabr.- S.6.