Tanınmış yazıçının yeni romanı çapdan çıxıb

 

 

 

   Yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Qələm” nəşriyyatında çap olunun romanı “Yenə iki od arasında” adlanır. Yazıçı bu əsərini Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə ithaf edib.

   Elçin Hüseynbəyli bildirib ki, roman Qarabağ tarixindən, Yusif Vəzir Çəmənzəminlinin keşməkeşli həyatından bəhs edir.

   Əsər Azərbaycan oxucuları, xüsusən də gəncliyi üçün Qarabağ dərdimizi anladan dəyərli bir mənbədir. Kitabaön sözü Xalq yazıçısı Anar, “son sözü isə akademik Nizami Cəfərov yazıb.

   Romanın paytaxtla yanaşı, bir çox bölgələrdə təqdimatının keçirilməsi nəzərdə tutulur.

   İlk təqdimat noyabrın 29-da Sumqayıtda Əli Kərim adına Poeziya evində keçiriləcək.

 

Mədəniyyət.- 2017.- 29 noyabr.- S.15.