Çölçünövbəti festivalın nominantları arasında

 

 

   Rejissor Şamil ƏliyevinÇölçübədii filmi Kəlküttə Beynəlxalq Cult Filmlər Festivalının (CICFF - Calcutta Internaional Cult Film Festival) “Qızıl tülkü” (Golden Fox Award) mükafatının nominantı olaraq iştirak etmək üçün Hindistanın Kəlküttə şəhərinə dəvət alıb. Mərasim dekabrın 5-6-da baş tutacaq. Mədəniyyət Turizm Nazirliyinin sifarişi iləAzərbaycanfilmkinostudiyasında 2012-ci ildə istehsal olunmuş bədii film indiyədək 30-dan çox festivalda iştirak edib, mükafatlara layiq görülüb.

   Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rolları Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları oynayıb.

 

Mədəniyyət.- 2017.- 29 noyabr.- S.16.