Nar bağı”nın rejissoruna beynəlxalq kino mükafatı təqdim olunub

 

 

 

   Avstraliyanın Brisben şəhərində AsiyaSakit Okean Ölkələri Kino Akademiyasının “Asia Pacific Screen Award” mükafatlarının təqdimetmə mərasimi olub. Kino akademiyasının üzvü olan azərbaycanlı rejissor İlqar Nəcəf mərasimdə iştirak edib.

   Xəbər verdiyimiz kimi, İlqar Nəcəfin “Nar bağı” filmi akademiyanın “Young Cinema Award” nominasiyasında qalib olub. RejissorAsiya Oskarı" kimi tanınan bu mükafata ikinci dəfədir ki, layiq görülür. Bir neçə il öncə onunButafilmi də “Ən yaxşı uşaq filmi" nominasiyasında qalib olmuşdu.

   2007-ci ildə yaranan akademiyaya Rusiya, Çin, İran, Hindistan kimi ölkələr daxildir. Akademiyanın mükafatına Əsgər Fərhadi, Andrey ZvyagintsevNuri Bilgə Ceylan kimi sənətkarlar layiq görülüblər.

 

Mədəniyyət.- 2017.- 29 noyabr.- S.16.