Qaçaq qocalar” yenə səhnədədir

 

 

   Füzuli teatrında yeni tamaşaya ictimai baxış

  

   Füzuli Dövlət Dram Teatrında səhnəyə qoyulan Elçin Hüseynbəylinin "Qaçaq qocalar” əsərinə ictimai baxış olub. Qaçqınların həyatından bəhs edən əsər qəmli olsa da, nikbin həyat fəlsəfəsi, gələcəyə inamlı baxışları ilə böyük məna kəsb edir.

   Tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Rollarda Sehran Xanlarov, Əli Hüseynov və Məryəm Məmmədova çıxış edir.

 

Mədəniyyət.- 2017.- 4 oktyabr.- S.7.