Özbəkistandakı festivalda ölkəmizin stendi mükafatla təltif edilib

 

 

   Özbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi bu ölkənin Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda "Xalqların mədəniyyət kulinariya festivalıkeçirilib. Festivalda Azərbaycan, Çin, Rusiya, Qazaxıstan, Hindistan, Koreya, Gürcüstan, Pakistan, Ukrayna, Qırğızıstan s. ölkələr öz guşələrini təqdim ediblər.

   Ölkəmizin səfirliyi onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən qurulan Azərbaycan guşəsi iştirakçıların böyük marağına səbəb olub. Guşədə milli mədəniyyətimizi, mətbəximizi özündə əks etdirən "Azərbaycanın mədəni irsi" (özbək dilində) kitabı təqdim olunub iştirakçılara paylanılıb.

   İştirakçılar Azərbaycan milli mətbəxinə aid balıq ləvəngisi, çığırtma, kükü, lavaş başqa yeməklərə qonaq ediliblər. Yeməklər festivalın münsiflər heyəti iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

   Qeyd edək ki, bu il festivalın əsas devizi ölkələrin stendində hazırlanan ən yaxşı balıq yeməyi milli mədəniyyəti özündə əks etdirən stendin hazırlanması olub.

   Ölkəmizin stendi festivalda ikinci yeri tutub. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan balıq ləvəngisi festivalın xüsusi mükafatı ilə təltif edilib.

 

Mədəniyyət.- 2017.- 4 oktyabr.- S.9.