“Qürbətdə qalmış məzar” sənədli filmi mükafat qazanıb

 

 

 

   25-29 sentyabr tarixində Belarusun paytaxtı Minskdə 2-ci “Euroasia.doc” MDB ölkələrinin sənədli filmlər festivalı keçirilib.

   Festivalda ölkəmizi rejissor Cavid İmamverdiyevinYaddaş” sənədli filmlər studiyasında dövlət sifarişi ilə çəkdiyi “Qürbətdə qalmış məzar” filmi təmsil edib.

   Sovet İttifaqı Qəhrəmanı, polkovnik Həbibulla Hüseynova həsr olunmuş filmİnsan taleyi” nominasiyasında mükafata layiq görülüb.

 

Mədəniyyət.- 2017.- 4 oktyabr.- S.5.