Mustafa Kamal Atatürk. Zəfər sirləri” kitabının təqdimatı

 

    

 

   Sentyabrın 29-da V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycanda Atatürk Mərkəzinin əməkdaşı, filoloq Zülfiyyə Mehdiyevanın “Mustafa Kamal Atatürk. Zəfər sirləri” kitabının təqdimatı keçirilib.

   Bildirilib ki, Azərbaycanda Atatürk Mərkəzinin dəstəyi ilə “Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitab Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk haqqındadır. Kitabda onun nitqləri, çıxışları, məşhur sözləri, sərkərdə və dövlət başçısı kimi fəaliyyəti, dostları, ailəsi və s. haqqında geniş məlumatlar dərc olunub.

   Kitabın elmi redaktoru, akademik Nizami Cəfərov, redaktoru Dəyanət Osmanlıdır.

   Sonda Z.Mehdiyeva imzası ilə kitabları oxuculara təqdim edib.

 

Mədəniyyt.- 2017.- 4 oktyabr.- S.11.