Mədəniyyət işçilərinin seminar-müşavirəsi

 

 

   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Bərdə rayon nümayəndəliyində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.

   İdarənin rəisi İlyas Hacıyev çıxış edərək sentyabrın 28-də Milli Kitabxanada keçirilən Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin verdiyi tapşırıq və tövsiyələri seminar iştirakçılarının diqqətinə çatdırıb, kitabxana sisteminin optimallaşdırılması ilə bağlı qarşıda duran vəzifələrdən söz açıb. İdarə rəisi mədəniyyət müəssisələrində kinofilmlərin nümayiş olunması, vətənpərvərliklə bağlı tədbirlərin təşkili və digər məsələlərdən də bəhs edib.

   Seminar-müşavirədə idarənin məsləhətçisi Validə Nabatova, rayon Mədəniyyət mərkəzinin direktoru Gülbəs Məmmədova və MKS-nin direktoru Havva Mirzəyeva çıxış ediblər. Sonda iştirakçıların sualları cavablandırılıb.

  

 

Mədəniyyət.- 2017.- 6 oktyabr.- S.7.