Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının respublika konfransı keçirilib

 

 

   Oktyabrın 10-da Bakı Biznes Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) XVIII respublika konfransı keçirilib.

   Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova iştirakçıları salamlayaraq deyib ki, tədbirə bir sıra yerlixarici təşkilatlardan çoxsaylı təbrik məktubları ünvanlanıb. O, göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirib.

   Sonra mandat komissiyasının hesabatı dinlənilib.

   Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Aparatının rəhbəri Mirzə Əlibəyov hesabat məruzəsi ilə çıxış edib. Hesabatda komitənin 2013-2017-ci illərdəki fəaliyyəti barədə geniş məlumat verilib.

   Diqqətə çatdırılıb ki, hesabat dövrü ərzində MİHİ-nin fəaliyyətində ən əlamətdar və mühüm tarixi əhəmiyyət kəsb edən hadisələrdən biriqurumun yaranmasının 110 illik yubileyinin qeyd edilməsi olub.

   Hesabat dövründə MİHİ-nin öz fəaliyyətini ölkədə baş verən sosial-iqtisadi islahatların tələblərinə müvafiq qurduğunu söyləyən M.Əlibəyov deyib ki, 2013-2017-cil illərdə üzvlərin sayı 2,8 faiz artaraq 55 min 233 nəfər olub. Xidmətdə olan həmkarlar ittifaqı təşkilatlarının sayı da müvafiq dövrdə 4,2 faiz artaraq 756-ya çatıb.

   Qeyd olunub ki, hesabat dövrü ərzində 8 plenum, rəyasət heyətinin 58 iclası, müşavirələr, yığıncaqlar, seminarlarbir sıra tədbirlər keçirilib. Hesabat dövründə ittifaq üzvlərindən daxil olmuş ərizə və müraciətlər daim diqqət mərkəzində saxlanılıb. Komitənin göndərişi ilə Əmək və Sosial Münasibətlər Akademiyasının təşkil etdiyi kurslara 148 nəfər cəlb edilib. Ötən dövr ərzində müxtəlif mövzularda 88 seminar və müşavirə keçirilib.

   Təmsil etdiyi qurumun yerli təşkilatlarla əlaqələrindən söz açan natiq deyib ki, bu gün bağlanmış kollektiv müqavilələrin əhatəsi 95 faizə çatıb. Respublika komitəsi 2013-2017-ci illər ərzində beynəlxalq həmkarlar ittifaqı təşkilatları və ictimai birliklərlə əməkdaşlıq əlaqələrini daha da genişləndirib.

   Hesabatda komitənin nizamnamə fəaliyyəti, ittifaq üzvlərinin əmək və sosial-iqtisadi mənafeləri, hüquqlarının müdafiəsi, işçilərin sağlamlıqlarının mühafizəsi, habelə əməyin mühafizəsi və texniki təhlükəsizliyi və digər məsələlərə toxunulub.

   Sonra MİHİ-nin təftiş komissiyasının hesabatı dinlənilib.

   Konfransda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 2018-2022-ci illər üzrə əsas fəaliyyət istiqamətləri müzakirə edilib.

   Konfransda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, çoxsaylı mədəniyyət işçisini özündə birləşdirən qurum son illər mühüm işlər görüb. Mədəniyyət sahəsində çalışan insanların peşə fəaliyyətindən danışan nazir müavini onların dövlətimizin ictimai-siyasi həyatında xidmətlərindən söz açıb. Vurğulanıb ki, mədəniyyət sahəsində çalışan insanlara dövlət səviyyəsində diqqət və qayğı göstərilir, onların zəhməti hər zaman ölkə başçısı tərəfindən yüksək qiymətləndirilir.

   Konfransın işinə uğurlar diləyən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan danışıb. S.Mehablıyev MİHİ-nin fəaliyyətinə ölkə başçısı tərəfindən göstərilən dəstək və qayğıdan da söz açıb.

   Həmkarlar ittifaqları ilə bağlı qanunvericilikdəki yenilikləri diqqətə çatdıran S.Mehbalıyev bildirib ki, işçilər işdən çıxarılarkən həmkarlar ittifaqının razılığının alınması ilə bağlı “Həmkarlar İttifaqı haqqında” qanunda və Əmək Məcəlləsində edilən dəyişiklik təşkilatın rolununnüfuzunun artmasına xidmət edir.

   Sonra konfrans iştirakçılarının yekdil təklifi ilə Cəmilə Səttarova MİHİ Respublika Komitəsinin sədri seçilib. Həmçinin MİHİ Respublika Komitəsinin, təftiş komissiyasının və rəyasət heyətinin üzvləri də seçiliblər. MİHİ-nin fəallarına müxtəlif mükafatlar və fəxri fərmanlar təqdim olunub.

 

Mədəniyyət.- 2017.- 11 oktyabr.- S.4.