Qubada Alma bayramı Xalça festivalı keçirilib

 

 

   Oktyabrın 7-də Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət istirahət parkında V Alma bayramı I Xalça festivalı keçirilib.

   2012-ci ildən ənənəvi olaraq keçirilən Alma bayramına Milli Məclisin deputatları, bir sıra nazirliklərin məsul şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, xarici ölkələrin nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı adamları, elm mədəniyyət xadimləri qatılıb.

   Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar içkilər nümayiş etdirilib. Qonaqlara ölkəmizin şimal regionunda yaşayan azsaylı xalqların mətbəxlərini həyat tərzini əks etdirən stendlər təqdim olunub.

   Çıxış edənlər festivalın keçirilməsinin milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında, almanın ondan hazırlanan məhsulların təbliğində böyük əhəmiyyətini qeyd ediblər.

   Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov bildirib ki, Qubada 14 min hektara yaxın alma bağı var. Təsərrüfatçılar öz məhsullarını yerli bazarlarda satmaqla yanaşı, xarici bazarlara da çıxarmaq üçün yol açılır.

   Çıxışlarda Qubada ilk dəfə Xalça festivalının keçirilməsi əlamətdar hadisə kimi qiymətləndirilib. Diqqətə çatdırılıb ki, ölkə başçısının 2016-cı ilin 5 may tarixli sərəncamı iləAzərxalçaAçıq Səhmdar Cəmiyyəti yaradılıb. Azərxalça” ASC-nin ilkin mərhələdə açılan filiallarından ikisi Quba Xaçmaz rayonlarında yerləşir.

   Tədbirdə Quba Turizm İnformasiya Mərkəzinin yeni nəşr olunan "Qubanın xalça inciləri" bukleti, xalça şəkilli cib təqvimi hədiyyə paketləri qonaqlara paylanıb.

   Festival iştirakçılarına Azərbaycan xalçaları, onların toxunma prosesi nümayiş etdirilib. Tədbir çərçivəsində xalçaların satışı da təşkil olunub.

   Quba rayon MKS tərəfindənAzərbaycanın xalçaçılıq tarixibaşlıqlı sərgi nümayiş etdirilib. Azərbaycan xalça sənətinə dair 30 adda kitab tədbir iştirakçılarına təqdim edilib.

   Bayram tədbiri incəsənət ustalarının konserti ilə başa çatıb.

 

Mədəniyyət.- 2017.- 11 oktyabr.- S.11.