Cocuq Mərcanlıdan Qarabağa

 

 

 

   Sumqayıtda rəsm sərgisi açılıb

  

   Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin və “Nigart” rəsm dərnəyinin birgə təşkilatçılığı ilə Gənclər evində “Cocuq Mərcanlıdan Qarabağa” adlı rəsm müsabiqəsinin sərgisi açılıb. Müsabiqə 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr edilib.

   Çıxışlardan sonra tədbir iştirakçıları sərgidə nümayiş etdirilən rəsm əsərləri ilə tanış olublar. Müsabiqənin iştirakçılarına Gənclər və idman baş idarəsinin fəxri fərman və hədiyyələri təqdim edilib.

 

Mədəniyyət.- 2017.- 13 oktyabr.- S.2.