İrəvan Dövlət Azərbaycan Dram Teatrı mövsümün açılışına hazırlaşır

 

   Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 136-cı mövsümün açılışına hazırlaşır. Teatrdan bildirilib ki, mövsüm oktyabrın 26-da əfqan yazıçısı Xalid Hüseyninin dünyaca məşhur romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dramı ilə açılacaq. Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluşçu rəssamı Məhsəti Eldarova, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

   Rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Nigar Həsənzadə, Səmayə Nəbiyeva, Şəbnəm Cəbrayılova, Rəşid Səməndər, Əmrulla Nurullayev və başqaları çıxış edəcəklər.

   Tamaşa “YARAT” Müasir İncəsənət Mərkəzinin səhnəsində təqdim olunacaq.

 

Mədəniyyət.- 2017.- 13 oktyabr.- S.6.