Bəstəkar Mobil Babayevin yaradıcılıq gecəsi

 

 

   Oktyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçirildi. Tədbir Mədəniyyət Turizm Nazirliyi, “Mədəniyyətkanalı Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.

   Gecədə Mobil Babayevin yaradıcılığı haqqında məlumat verildi. Bildirildi ki, bəstəkarın əsərlərindən ibarət musiqi çələngi müəllifin sənətsevərlərlə görüşü onlara hədiyyəsidir.

   Qeyd olundu ki, bəstəkar həm simfonik, həm mahnı janrında maraqlı əsərləri ilə musiqisevərlərin qəlbini fəth edib. O, uzun müddət C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. 40-dan artıq filmə musiqi bəstələyib. Bəstəkarın 20 Yanvar hadisələrinə həsr olunmuşAğlama, torpağım, ağlamaadlı xor orkestr üçün 3 hissəli kantatası, 3 hissəliİnsanoratoriyası, xor digər simfonik əsərləri yaradıcılığının parlaq nümunələridir. Onun mahnıları isə həmişə dillər əzbəri olub.

   Daha sonra konsert proqramı təqdim olundu. Azərbaycan Televiziyası RadiosununQaytağı” instrumental ansamblı (bədii rəhbər Xalq artisti Ənvər Sadıqov) bəstəkarın özünün səhnədə müşayiəti ilə mahnıları səsləndirildi. Konsertdə xalq artistləri Mübariz Tağıyev, Gülyanaq Məmmədova, Əməkdar artist Lalə Məmmədova, İlkin Əhmədov, Səbinə Əsədova, müğənnilər Cavan Zeynallı, Adil Axundov, Rövşən Qəhrəmanov, Taleh Yəhyayev, Şölə Səfərəliyeva, Cavid Məmmədov Sevilvokal kvarteti çıxış etdi.

   Mobil Babayevin sevilən musiqiləri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 13 oktyabr.- S.9.