Tanınmış yazıçı-publisistin yubileyi qeyd olunub

 

 

   Oktyabrın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin 70 illik yubileyi qeyd edilib.

   Elm, ədəbiyyat, incəsənət xadimlərinin iştirak etdikləri yubiley gecəsində M.Çəmənlinin həyat yaradıcılığına dair film nümayiş olunub. Xalq yazıçısı Elçinin yubilyara təbrik məktubu oxunub.

   Tədbirin aparıcısı, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli M.Çəmənlinin yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, 1973-cü ildəMingəçevir işıqlarıqəzetində dərc olunmuşLəpirlərhekayəsi ilə ədəbiyyatımıza gələn M.Çəmənli sonralar məhsuldar yazıçı kimi tanınıb. 30-dan çox kitabın müəllifi olan M.Çəmənli müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biridir.

   Xalq artisti Arif Babayev, Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, şair Xəyal Rza, “Ulduzjurnalının baş redaktoru Qulu Ağsəs başqaları M.Çəmənlini daim yaradıcılıq axtarışında olan zəhmətsevər yazıçı, səmimi, vətənsevər ziyalı kimi dəyərləndiriblər.

   Çıxış edənlər yazıçının yaradıcılığında ana xətt kimi keçən doğma diyardan, düşmən tapdağında olan Qarabağ nisgilindən, dədə-baba torpaqlarımıza qayıtmaq arzusundan danışıblar.

   Tədbirdə Xalq artisti, qiraət ustası Eldost Bayramın ifasında yazıçının əsərlərindən seçmələr səsləndirilib. Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

   Sonda M.Çəmənli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2017.- 18 oktyabr.- S.10.