XIX əsr Bakısı fransız fotoqrafın obyektivində

 

 

   Reims şəhərinin “Le VergeurmuzeyiAvropa Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə XIX əsrdə yaşamış fransız səyyah və fotoqraf Üq Kraftın Bakıda çəkdiyi şəkillərdən ibarət sərgisi təşkil olunacaq.

   Noyabrın 25-dən gələn il fevralın 4-dək davam edəcək “Bakını kəşf edək. Üq Kraftın Qafqaz səyahətləri” adlı sərgidə onun 1896-1898-ci illərdə şəhərə səyahəti zamanı çəkdiyi fotoları nümayiş olunacaq. Sərgi ziyarətçilərə XIX əsrin sonlarında dünyada əsas neft sənayesi mərkəzlərindən biri olan Bakı şəhərini yaxından tanımağa imkan verəcək.

 

Mədəniyyət.- 2017.- 18 oktyabr.- S.16.