“Kitabların insan həyatında rolu

 

 

 

   Oktyabrın 17-də Xətai Sənət Mərkəzində (XSM) “Kitabların insan həyatında rolu” adlı rəsm sərgisinin açılışı oldu. Müstəqillik Gününə həsr edilən sərgi YAP Yasamal rayon təşkilatı, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Rəssamlar İttifaqı və XSM-in dəstəyi ilə təşkil edilib.

   Layihənin kuratorları Elnurə və Aygün İsgəndərovalar sərginin məqsədi haqqında iştirakçılara geniş məlumat verdilər.

   Yazıçı-publisist, millət vəkili Aqil Abbas, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sektor müdiri Səbinə Məmmədova, M.Ə.Sabir adına kitabxananın direktoru Gülşən Abbasova, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbirin önəmindən danışdılar.

   Tədbirdə həmçinin şairə Solmaz Kürçaylının “Ana məbədi” kitabının təqdimatı keçirildi.

   Sərgidə 100-dən çox rəssamın təsviri və tətbiqi sənətin müxtəlif janrları üzrə 150 əsəri nümayiş olunurdu. Sərginin iştirakçılarına diplomlarkitablar hədiyyə edildi.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 20 oktyabr.- S.5.