Lənkəran teatrında uşaq tamaşasının premyerası

 

 

   Lənkəran Dövlət Dram Teatrında fransız şairi və yazıçısı Şarl Perronun “Çəkməli pişik” nağılı əsasında hazırlanmış “Çəkməli Perro və şahzadə Pyer” tamaşasının premyerası olub.

   Məktəblilər üçün nəzərdə tutulmuş, xeyirin şər üzərində qələbəsi fonunda qurulmuş səhnə əsərinin quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

   Rolları Allahverən Babayev, Hikmət Cəfərov, Səyad Əliyev, Şəbnəm Hüseynova, Rauf Zeynalov, Aysel Babazadə, Günel Abbaszadə, Ülkər Quliyeva, Nizami Qurbanov ifa ediblər.

 

Mədəniyyət.- 2017.- 20 oktyabr.- S.7.