Çölçüfilmi Çikaqo festivalının final mərhələsində

 

 

 

   Rejissor Şamil ƏliyevinÇölçüfilmi Çikaqo Beynəlxalq film festivalının (Chicago İnternational Art-House Film Festival) müsabiqəsini uğurla adlayaraq finala çıxıb. Ekran əsəri bu mərhələdə iki mükafat uğrunda namizəd kimi mübarizəyə qatılıb: “Ən yaxşı bədii film” - Antonioni mükafatı; “Ən yaxşı rejissor” - Tarkovski mükafatı.

   Mükafatlandırma mərasimi noyabrın 12-də keçiriləcək.

   Qeyd edək ki, 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsalı olanÇölçü” bədii filmi indiyədək 30-dan çox beynəlxalq kinofestivaldaforumlarda iştirak edərək müxtəlif mükafatlar, diplomlarla təltif olunub. Ekran əsəri 2013-cü ilinHumaymilli mükafatına layiq görülüb. Film, həmçinin 86-cı “Oskar” mükafatının uzun siyahısında Azərbaycanı təmsil edib.

 

Mədəniyyət.- 2017.- 20 oktyabr.-S.10.