Müstəqillik günü münasibətilə silsilə tədbirlər

 

 

   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib.

   Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evində təşkil olunan tədbirdə “Turanmilli rəqs qrupu çıxış edib, qiraət dərnəyinin üzvləri vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

   Corat qəsəbə Mədəniyyət evinin 2 saylı "Günəş" bağçasında tədbir keçirilib, habelə Nizami Gəncəvi adına kitabxana-klubS.Vurğun adına Mərkəzi kitabxanada əlamətdar gün qeyd olunub. Regional idarənin tabeliyindəki Zəngilan rayon Mincivan Uşaq zmusiqi məktəbində konsert proqramı təşkil olunub.

   * * *

   Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Qazax rayon MKS-nin kitabxana filiallarında Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbirlər keçirilib. Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxanada, habelə Mərkəzi kitabxananın Uşaq şöbəsində, MKS-nin 1 və 2 saylı Yuxarı Salahlı kənd, Cəfərli kənd kitabxana filiallarında mövzu ilə bağlı ədəbi-bədii kompozisiyalar təqdim olunub.

   * * *

   Sabirabad rayon Mədəniyyət mərkəzində də Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 26-cı ildönümü münasibətilə tədbir təşkil olunub. Tədbirdə Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçiləri A.İsmayılova, T.Əzimov, Mədəniyyət mərkəzinin direktoru M.Ağazadə çıxış edərək tariximizin bu əlamətdar səhifəsi, ölkəmizin keçdiyi inkişaf yolu barədə danışıblar.

   * * *

   Salyan rayon Mədəniyyət mərkəzi “Murad” Əlillər İctimai Birliyi ilə birgə tədbir keçirib. Mərkəzin direktoru Lətif Zərbəliyev, 1 saylı şəhər klubunun müdiri Nuriyyə Quliyeva, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin Salyan rayonu üzrə baş məsləhətçisi Günaydın Əhədova və başqaları çıxış ediblər. Tədbirdə ictimai birliyin fəal üzvlərinin əl işləri sərgilənib, dövlətçilik, vətənpərvərlik mövzusunda şeirlər səslənib.

   * * *

   Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “Əbədi müstəqillik” mövzusunda rəsm müsabiqəsinin yekun sərgisi keçirilib.

   Sərgidə mərkəzin rəsm dərnəyi üzvlərinin və Uşaq incəsənət məktəbi şagirdlərinin çəkdikləri rəsmlər təqdim olunub, fərqlənənlər fəxri fərmanlarla mükafatlandırılıblar.

   * * *

   Dövlət müstəqilliyimizin 26-cı ildönümü İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinə tabe müəssisələrdə də qeyd olunub.

   Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Müstəqilliyimizin memarı və qurucusu” adlı tədbir keçirilib. Tədbirdə ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

   Qobustan rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi və 2 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mahnılar ifa olunub, rəqs nömrələri nümayiş etdirilib.

   Şamaxı rayon Mərkəzi kitabxanasında dəyirmi masa keçirilib, rayon Rəsm qalereyasında İncəsənət təhsili mərkəzi şagirdlərinin əl işlərindən ibarət “Müstəqilliyimiz əbədidir” adlı sərgi açılıb.

   Ağsu rayon Mərkəzi kitabxanasında da mövzu ilə bağlı sərgi təşkil olunub.

 

Mədəniyyət.- 2017.- 20 oktyabr.-S.11.