Ukrayna qəzetiKontrabasmonotamaşası haqqında

 

   Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabrın 3-dən 9-dək Kiyev şəhərində keçirilənMariyaBeynəlxalq monotamaşalar festivalında təmsil olunub. Teatrın aktyoru, Əməkdar artist Şövqi Hüseynovun ifasında P.ZüskindinKontrabastamaşası festivalda böyük maraqla qarşılanıb.

   Müxtəlif ölkələrdən teatr xadimləri səhnə əsəri haqqında müsbət rəy bildiriblər.

   Yazıçı, teatr tənqidçisi Dmitri Drozdovskinin festivalda təqdim olunan ən yaxşı tamaşalar haqqında UkraynanınGünqəzetində dərc etdirdiyiSənət mədəniyyətin müxtəlifliyindəadlı məqaləsində ilk olaraqKontrabastamaşasından söz açılır.

   Bildirilir ki, Şövqi Hüseynov fəlsəfi, insani hisslərlə dolu bir əsərdə qəhrəmanın dramını ustalıqla təqdim edir. Aktyorbalaca adam”ın sərhədlər tanımayan, bitib-tükənməz intellektini tamaşaçıya səmimi şəkildə ötürür. Müəllif vurğulayır ki, tamaşanın maraqlı səhnə həlli qəhrəmanın həm daxili, həm də xarici duyğularını dəqiqliklə, inandırıcı ştrixlərlə çatdıra bilib.

 

Mədəniyyət.- 2017.- 25 oktyabr.- S.7.