Gənc ifaçılar vokal imkanlarını nümayiş etdiriblər

 

 

   “I am Jazzman” müsabiqəsinin qala konserti

  

   Bakı Beynəlxalq Caz Festivalı ərəfəsində ənənəvi olaraq gənc ifaçılar arasında “I am Jazzman” adlı beynəlxalq müsabiqə təşkil edilib. Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində “I am Jazzman” müsabiqəsinin qala konserti qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

   Konsertdə gənc ifaçılar vokal imkanlarını nümayiş etdiriblər. Azərbaycan, Koreya Respublikası, Özbəkistan, İtaliya, Rusiya Ukraynadan olan ifaçılar klassik müasir caz musiqi nömrələrini təqdim ediblər. Onlar öz repertuarlarından musiqi nömrələri milli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndiriblər. Konsert proqramı maraqla qarşılanıb.

   Sonda gənc caz ifaçıları diplom və hədiyyələr ilə təltif olunub. Müsabiqədə caz nominasiyası üzrə I, II və III yerlərə müvafiq olaraq Le Seat Nair, Anastasiya Budakova, Cəmilə Nəsirzadə layiq görülüb. İnstrumental nominasiyada Maksim MedvedevNurlan Abdullayev I yeri, Məhəmməd Məhəmmədli II yeri, Yulya Perminova isə III yeri tutub.

 

Mədəniyyət.- 2017.- 25 oktyabr.- S.8.