İçərişəhərdə gənc rəssamların sərgisi

 

 

 

   İçərişəhərdə açıq səma altında bir neçə gənc rəssamın sənət əsərlərindən ibarət rəsm sərgisi açılıb. Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə gerçəkləşib.

   “İçərişəhər incəsənət həftəsonları” (“Art weekends in Icheri Sheher”) layihəsi çərçivəsində təşkil olunan sərgidə fırça ustalarının müxtəlif texnika ilə işlənmiş əsərləri nümayiş olunur.

   Qeyd edək ki, insanların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə sözügedən layihə çərçivəsində hər həftənin şənbə və bazar günləri müxtəlif sərgilər təşkil edilir.

 

Mədəniyyət.- 2017.- 25 oktyabr.- S.4.